Yenə də Türkiyə! Hindistana yardım etməyə hazırdır

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Hindistan xarici işlər naziri Subrahmanyam Jaishankara telefon açıb.

Çavuşoğlu Türkiyənin koronavirusla mücadilədə Hindistana  yardım etməyə hazır olduğunu deyib. Hindistan koronavirus cəhənnəmi yaşamaqdadır. Bazar ertəsi günü (26 aprel 2021) günlük yoluxma sayı 352 min 991, ölənlərin sayı 2 min 812 olub.

Bu, dünya miqyasında indiyədək görünməmiş rəqəmdir.  Ölkə üzrə böyük bir fəlakət yaşanır. Artıq ölüləri daşımaq üçün xərək belə tapılmır. İki nəfərin koronavirusdan ölmüş adamın cəsədini xərək olmadığından yerlə sürüdüyünü əks etdirən video dəhşətin miqyasını anlatmaq üçün yetərlidir. Bəziləri ölmüş doğmaları küçədəcə qoyub gedir. Oksigen balonları artıq “qara bazar”da satılır. Bir oksigen balonunun qiyməti 50 min rupi – 5 min 570 lirəyə satılır. Halbuki adi vaxtlarda oksigen balonunun qiyməti sadəcə 6 rupi idi. Cəsədlərin yandırılmasına krimatoriyalar artıq çatdırmadığından hökumət ölmüş adamların doğmalarına cəsədləri öz evlərinin həyətində, ya da bağçada yandırmağa icazə verib.