Pərvizlə Türkan AYRILDI-Niyə?

Bir müddətdir ki, illərdir düet ortağı olan meyxanaçı Pərviz Bülbülə və müğənni Türkan Vəlizadə haqda iş birliklərini sonlandırdıqları söylənilirdi. Hətta aralarında soyuqluq olduğunu özləri etiraf etmiş, lakin sonradan bir aya gəlmişdilər. Yaxınlarda isə Türkan Vəlizadə türkiyəli ulduz Doğuşla mahnı ifa etdi. Bunun ardınca P.Bülbülə müğənni Aydan İbrahimli ilə ifalarını yayımlandı. Dünən isə meyxanaçıdan gözlənilməz həmlə gəldi.    
"Sherg.az"    xəbər verir ki, o bir müddət öncə mərhum meyxanaçı Vüqar Biləcərinin qəzəlinə Türkanla ifa etdikləri mahnını Aydanla oxuyub. Hətta söz ustadı Türkanla ifalarından bir hissə də paylaşmışdı. Görünür həmin ifa təxirə düşüb. Türkan isə P.Bülbüləni İnstaqramda "takip"dən çıxardıb.