Baloğlandan sonra növbə Nadirindi:"Cənnətdə görüşərik"

“Bu da son. Ömrün harada bitəcəyini kimsə bilmir”.
“Sherg.az”xəbər verir ki, bu sözləri İnstaqram səhifəsində müğənni Nadir Qafarzadə əməkdar artist Baloğlan Əşrəfovun ölümü haqda yazıb:
“Allah sizə rəhmət eləsin. İtirdiklərimiz qazandıqlarımızdan çox oldu, çox... “Məni bu dünyadan aparmaq üçün tufanlı, leysanlı karvan gələcək. Səni də apardı tufanlar, sənətkar. Nədənsə inanmaq istəmirəm. Sizə həsəd aparırdım, sənətkar. Bu fani dünyadan haqq dünyasına gedən qədəmlərimiz mübarək. Rahat yat, cənnətlik ol. Sıra məndədir, çox yorulmuşam, çox. Cənnətdə görüşərik. Onsuz da yaşamağın mənası yoxdur. Gözlərimizin yaşı qurumur”.