Baloğlan Əşrəfovun səs yazısı yayılıb – AUDİO

Müğənni Rəqsanə İsmayılova gecə saatlarında dünyasını dəyişən əməkdar artist Baloğlan Əşrəfovun səs yazısını yayıb.
“Sherg.az”ın məlumatına görə o mərhumla mesajlaşmasını paylaşaraq bu sözləri yazıb:
“Dəyərli insan, gözəl sənətkar, incəsənətimizdə öz dəst-xətti olan Baloğlan Əşrəfov rəhmətə getdi. Bu fani dünyaya əbədi olaraq gözlərini yumdu. İnana bilmirəm. Çox mehriban və gözəl insan idi. Sizin ifalarınız ölməyəcək, hər zaman yaşayacaqlar. Siz ölmədiniz, həmişə bizim qəlbimizdə yaşayacaqsınız. Görüşməliydik, çox heyif qismət olmadı. May ayında Moskvaya gələcəkdi, konsert verəcəkdik. Toy üçün dəvət almışdı, olmadı. Allah sizə rəhmət eləsin. Yeriniz cənnət olsun”.