Siçan dişlədi: 37 yaşlı qadın orqanlarını itirdi




Bir siçanın dişləməsi nəticəsində 37 yaşlı qadın burnunu, dodaqlarını, ayaqlarını, qollarını itirib. Bu, inanılmaz, heyrətli, bir o qədər də qorxuncdur. Bu siçanlara “firon siçanları” deyilir. Onlar ilanlar, hətta aslanlarla mücadilə aparmaqları ilə məşhurdur. “Milliyet.com”da yer alan xəbərdə bildirilir ki, hadisə Cənubi Afrikada baş verib.

Cənubi Afrikanın KvaZulu-Natal şəhərində yaşayan 37 yaşlı Şaninleya Visser 4 il öncə keçmiş müdirinin evindəykən bir siçan əlinin baş barmağı ilə işarət barmağı arasındakı bölgədən dişləyib.

Qadın bunun sadəcə kiçik bir cızıq olduğunu zənn edib. Siçanın dişləməsinin həyatını cəhənnəmə döndərəcəyini, əlbəttə ki, ağlına belə gətirməyib. Lakin hadisədən iki gün sonra gözlənilmədən yerə yıxılıb və xəstəxanaya aparılıb. Müayinələr zamanı məlum olub ki, qadında qanın zəhərlənməsi prosesi gedir və həyat əhəmiyyətli orqanlar  sürətli bir şəkildə iflas etməkdədir. Proses qadında septik şoka səbəb olub. Qadın bu haqda danışır ki, əlləri od tutub yanırdı:

“Dözülməz ağrı içindəydim. Qadının üzərində 70-ə yaxın cərrahi əməliyyat aparılıb.

Günlərlə komada qalan qadın qızına, ailəsinə həyatda qalma şansının çox zəif olduğunu söyləyib. Onun həyatını qurtarmağa çalışan həkimlər 11 gün ərzində qadını “süni koma” vəziyyətində saxlayıblar. Həkimlər qadının burnunu, dodaqlarını, hər iki ayağını diz qapağından aşağı və hər iki qolunu da dirsəkdən aşağı amputasiya etmək məcburiyyətində qalıblar. Sonrasa qadın çənə və dodaqlarını yenidən inşa etmək üçün plastik-cərrahiyyə əməliyyatı keçirib. 70-ə yaxın əməliyyatdan sonra qadın yeni üzünün görüntülərini instaqram hesabında paylaşıb. Qadın indi teleaparıcılığa başlayıb. Öz həyat hekayəsini danışmaqla yanaşı narkotik asılılıqlı gənclərin həyatından da reportaj hazırlayır.