Zaur meyxanaçını PƏRT ETDİ:“Bar-bar bağırmısan ki, efirimə çıxasan"

ARB TV-nin “Həmin Zaur” verlişində aparıcı Zaur Kamalla meyxanaçı Yaşar Qafanlı arasında qalmaqal yaşanıb.
“Sherg.az” xəbər verir ki, buna səbəb Zaurun  meyxanaçıya “Bar-bar bağırmısan ki, mənim efirimə çıxasan. Belə verlişə gəlmək olar?” deyib. Y.Qafanlı əsəbləşərək onu kimin söylədiyini soruşub:

“Camaat baxır. Lazım olsa, hansı kanalı  açsan, məni göstərərlər. Belə danışmaq lazım deyil. Mənim sənə  hörmətim var, efirində də olaram. Amma belə danışmaq olmaz”.

Zaur isə bir neçə nəfərin Yaşarı proqrama qonaq çağırması üçün müraciət etdiyini bildirib:

“Sən demisən Zaur Kamalın verlişinə çıxmaq istəyirəm. İndi sənə nə xoş gəlmir?”.

Meyxanaçı isə Z.Kamalın sözlərini cavabsız qoymayıb:

“Birincisi, 20 ilə yaxındır ki, meyxana aləmindəyəm. Tanınıram da. İndi sənin belə danışığın düz deyil. Arb Tv və bu verlişə hamı çıxmaq istəyər. Mənim yaxınlarım, əzizlərim izləyir. İstəyirsən, durum çıxım gedim. Sənin verlişin mənə lazım deyil”.
Sonra meyxanaçı efiri tərk edib. Lakin yenidən proqrama qaytarılıb.