Roza:“Deyirlər, guya ombamı, sinəmi böyütmüşəm”

Müğənni Roza Zərgərli “Sözbaz” verlişində qonaq olub. Bu zaman aparıcı Zümrüd Bədəlova ona ötən illərlə bağlı sual ünvanlayıb.
“Sherg.az” xəbər verir ki, Z.Bədəlova sənətçiyə bir vaxt açıq-saçıq geyimləri ilə müzakirə olunduğunu söyləyib. Roza isə ona belə cavab verib:

“Mənim keçmişdə açıq geyimlərim yadıma gəlmir. Bir şeyi unutmayaq ki, 10 il əvvəl əməliyyatla çəki azaltmışam. Bu da normaldır. Bizim tamaşaçı qarşısında öhdəliyimiz var.

Əməliyyatlarımın danışılması xətrimə dəymir. Sadəcə yalanı sevmirəm. Deyirlər, guya Roza Zərgərli ombasını, sinəsini böyüdüb, burnunu kəsdirib. Roza Zərgərli sadəcə 8 kq liposaksiya ilə arıqlayıb.

Bu çox ucuz söhbətdir. Mənim yaradıcılığımda o qədər pillələr var ki, onlardan danışsınlar. Bir mahnımı qoyun, estradakı qızlar gəlsin o tonda oxusun. Roza Zərgərli kimi klassik estrada musiqisi təqdim edə bilməzlər.

Klassik milli mahnıları yeni aranjmanla diriltməyə başladım. Sonra hamısı elə ifa etdilər. “Səadət” mahnısı ölüb getmişdi, birinizin yadına düşmürdü. Niyə hamınız başaldınız oxumağa? Arxivdən tapıb ifa edərdiniz da”.