Müğənni anasının ölümündən sonra ilk dəfə danışdı:"Pis gün..."

Yaxınlarda müğənni Aslan Hüseynovun anası dünyasını dəyişib. İfaçı anasının ölümündən sonra ilk dəfə danışıb.
"Sherg.az” xəbər verir  ki, o “Elgizlə izlə” proqramına telefonla bağlanaraq bunları söyləyib:
“Anamı Gəncədə dəfn etdik.  Allah bütün analara rəhmət eləsin, qalanlara da can sağlığı versin. Valideynin yaşı olmur. Hər kəsin ölənlərinə rəhmət yaşayanlarına can sağlığı arzu edirəm. Kiməsə pis gün arzulamıram”.