Afətdən qalmaqallı açıqlama:"Baloğlan Əşrəfov koronaya verilişdə yoluxub..."

Müğənni Afət Fərmanqızı İnstaqram səhifəsində yaşlı sənət adamlarına müraciət edib.
“Sherg.az” xəbər verir ki, əvvəlcə yaxınlarda koronadan dünyasını dəyişən əməkdar artist Baloğlan Əşrəfovdan söz açıb. Onunla sonuncu dəfə 2-3 həftə əvvəl danışdığını söyləyib:
“Verlişlərin birində barəmdə qərəzli süjeti görüb efiri tərk etdikdən sonra Baloğlan müəllim, ardınca Yusif Mustafayev zəng edib dəstək oldular. Burdan yaşlı sənətkarlarımıza səslənirəm: efirlərə getməyin! Məndə olan məlumata görə rəhmətlik Teymur Mustafayev, Baloğlan müəllim və Sabir Əliyev verilişlərdən, çəkilişlərdən koronaya yoluxub rəhmətə getdilər”. 

Xatırladaq ki, xalq artistləri Teymur Mustafayev və Sabir Əliyev ötən il vəfat ediblər.