“Pandemiyada öpüşmək doğru deyil”

Cazibədar aktrisa Bade İşçil həmkarlarına səsləndi

Azərbaycan tamaşaçısının “Əzəl” dizisindən tanıdığı “Şəbnəm” – Bade İşçil “Müsyö” adlı itiylə Nişantaşında gəzinti zamanı görüntülənib. Uzun müddətdir çəkilişlərdən kənarda qaldığını, yeni layihələr gözlədiyini deyən aktrisa pandemiya dövründə dizilərdə yer alan öpüşmə səhnələri haqqında da fikrini bildirib: “İşim üçün çox darıxıram.

Müstəqil olmağı, sərbəst dolaşa bilməyi, pul qazanmağı özlədim. Neçə ildir çalışmıram, heç bir dizidə rol almamışam. Çox şükür, “öz yağımda qovruluram”. Hesablarımı bir-biriylə uyğunlaşdıraraq, birtəhər keçinirəm. Bizlər “durnanı gözündən vurmadıq”, bizim üçün də çətindir. Qaldı ki dizilərdə öpüşmə səhnələri, işi nə tələb edirsə, aktyor onu etməlidir. Öpüşmə səhnələri olsa da, olmasa da, onsuz da çəkiliş qrupu eyni ortamda, eyni məkandadır. Amma mən hazırda öpüşmə səhnələrini sağlıq baxımından doğru hesab etmirəm. Özüm də zərurət olmadıqca evdən çıxmıram ”. Bade İşçil heyvansevərliyi ilə də tanınır. Bir övlad anası 37 yaşlı aktrisa “Diva” Bülənt Ərsoyun 55 tülkü dərisindən tikildiyi iddia edilən və 450 min türk lirəsi dəyərində olan məşhur xəz paltosu barədə də fikrini bildirib: Mən kürk geyinmirəm. Əlimi də vurmuram. Mağazaların önündən keçərkən bunu edənləri ürəkdən qınayıram. Kimsə kürk, xəz palto geyəcək deyə heyvanları incitmək, dərilərini soymaq insanlıqdan kənardır”.