Atını liftə mindirmək istədi, sonu yaxşı olmadı

İsraildə lüks bir mənzildə yaşayan dostunu ziyarətə gedən kişi atını özü ilə aparmaq istədiyi üçün onu liftlə qaldırmağa çalışıb.
"Sherg.az" türk mediasına istinadən xəbər verir ki, atı liftə mindirməyə çalışan adam qapı düzgün bağlanmadığından bunu bacara bilməyib.
Mənzil sakinlərinin şikayət etməsindən sonra atın sahibi saxlanılıb.
O, polisə verdiyi açıqlamasında bunları söyləyib:
"Binaya at gətirməyin problem olacağını düşünmədim. Çünki at gətirməyin qadağan olduğu heç bir yerdə yazılmamışdı. Onu orada qoya bilmzədim, çünki çox bahalı bir atdır".
Yegane Bayramova