Rəqsanə sözü düz tələffüz etmədi: Hamı güldü, müğənni hiddətləndi

Müğənni Rəqsanə İsmayılovanın açıqlaması sosial şəbəkələrdə gülüş doğurub. Buna səbəb canlı yayımda koronavirusdan danışarkən səhv etməsi olub. Rəqsanə "Bildiyim qədərilə xəstəliyi keçirən insanlar "vakasin" vurdurmur", deyib. "Vaksin" sözünü yanlış söyləyən müğənni müzakirə olunub. 
"Sherg.az" xəbər verir ki, o bu duruma əsəbləşib. Yenidən video paylaşaraq bunları söyləyib:
"Bir hərf səhvini, tələskənliyi sensasiya edib başlıq qoyublar. Nə gözəl! "