Ramaldan Rəqsanəyə:"Hamı əziyyətlə pul qazanır, əngəl olmasınlar"

Müğənni Ramal İsrafilov "Onda görüşək" verlişində qonaq olarkən toy üçün Moskvaya üz tutan həmkarlarından danışıb. 
"Sherg.az" xəbər verir ki, Ramal özünə də təkliflərin gəldiyini söyləyib:
"Kaş gedərdim. Amma gedəcəkdim sonra deyəcəkdilər ki, Ramal orda nə isə edir(müğənni Rəqsanə İsmayılovanın açıqlamasını nəzərdə tutur-,red) Allah təala xeyir işlər nəsib etsin. Mən kimisə qınamıram. Sənətçi dostlarıma da normal yanaşıram. Kimsə kiminsə arxasınca nə isə deyirsə, danışmasın. Çox çətin vəziyyətdir, hamı əziyyətlə pul qazanır. Maneə olmasınlar. Başını aşağı sal, işini gör".