Brüs Liyə həsr edilən smartfon hazırlandı

“Xiaomi" şirkəti Brüs Liyə həsr edilən xüsusi versiyasını təqdim edib.

Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, smartfonun adı "Redmi K40" adlanır. Yeni smartfon xüsusiyyətlərinə görə orijinal qurğudan fərqlənmir. Lakin sarı-qara rəngli korpusa malik qurğunun arxa panelində "Brüs Li kunq-fu kralıdır" (Bruce Lee — king of kung fu) yazısı həkk olunub. "Redmi K40 Bruce Lee Special Edition" smartfon dəsinə qoruyucu çərçivə, enerjidoldurma adapteri və kabel daxildir – bütün aksesuarlar sarı rəngdədir. Bundan başqa, smartfon qutusuna əfsanəvi döyüş ustasına həsr olunan broşür qoyulub. Xüsusi "Redmi K40" versiyası 12 giqabaytlıq operativ və 256 giqabaytlıq quraşdırılmış yaddaşlı olmaqla bir versiyada təklif olunur. Çin bazarında satışa çıxarılan smartfonun qiyməti 2799 yuan təşkil edir.