Marsdan götürülmüş nümunələr dünya üçün  böyük risklər yaradır

Tədqiqatçılar Mars taununun yayılması barədə xəbərdarlıq ediblər.


Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, onlar Marsdan götürülən nümunələrdəki mikroorqanizmlərin insanların həssas olduğu yerlərdə ölümcül pandemiyaya səbəb ola biləcəyi barədə iddia  irəli sürüblər. NASA və ESA ətraflı araşdırma aparmaq üçün Marsdakı qayalardan və torpaqlardan götürülmüş nümunələri Yerə gətirmək üçün birlikdə çalışır. NASA-nın açıqlamasına görə, Marsın  zərər görməyən nümunələrinin dünyaya qaytarmaq illərdir ki,  alimlərin ən böyük arzularından biri olub. Bununla birlikdə, bəzi alimlər Marsdan götürülmüş nümunələrin dünya üçün çox böyük risklər yaratdığını iddia edirlər. 1975-1983-cü illərdə NASA-nın Viking proqramında mühəndis vəzifəsində çalışan Levin “Daily Star”-a verdiyi açıqlamasında Qırmızı Planetdə olan mikroorqanizmlərin Yer üçün həssas olduğu və dağıdıcı bir Mars taun pandemiyasına səbəb ola biləcəyini bildirmişdi: “ Nümunələr Yerə təhlükəsiz qablarda gətirilsə belə bəzilərinin konteynerin açılacağı təqdirdə laboratoriyadan qaçma ehtimalından narahatam. Marsın bioloji cəhətdən mürəkkəb bir mühiti var. Burada əldə edilən nümunələr dünyadakılara nəql edilərsə, o zaman çox böyük bioloji ziyana səbəb ola biləcək patogenlər və orqanizmlər meydana gələ bilər.