İbrahm Tatlısəs 5-ci dəfə evlənib

Bir kişi neçə dəfə evlənə bilər? Etiraf edək ki, bu, çoxlarını düşündürən və cavabı daim aranan sualdı. Hərçənd müqəddəs “Qurani-Kərim” vasitəsilə Uca Rəbbimiz bəndəsinə bunu anladır.

Həm də aşkar ayələrlə (“ən-Nisa” surəsi). Amma. Elə məsələ də bu “amma”dadı. Bəzən bəndələr Rəbbin kəlamlarından özlərinə xoş görünəni, sərf edəni qəbul edir, Rəbbin “əgər...”, “amma...”, “lakin...”, “belə etsəniz...”, “bu, daha yaxşıdır...”  kimi məsləhətlərini, müqayisəli şəkildə anlatdıqlarını görməzdən gəlirlər. Necə ki, “ən-Nisa” surəsinin 3-cü ayəsində “...2, 3, 4 nəfərlə nikah bağlayın”, məsləhətini tez “bağrına basır”, lakin “əgər ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə 1 nəfərlə ...evlənin” kəlməsinə diqqət etmir, sanki heç duymurlar. Hər kəs zənnə qapılıb özünü “ədalətli” hesab etdiyindən, təbii ki, böyük səhflərə yol verir. 
İndi keçək mətləbə.  “Bu evlilik söhbəti hardan çıxdı”, düşünənlər, “İmperator” İbrahm Tatlısəs 5-ci dəfə evlənib. Bəli. Bir müddət əvvəl. Həm də səssiz-sədasız. Sherg.az “Milliyet.com”a istinadən bildirir ki, Tatlısəsin 5-ci evliliyinin səsi Türkiyənin “Star” televiziyasında yayımlanan “İbo Show” proqramında çıxıb. Həm də “bomba” effekti ilə! İbrahim Tatlısəsin özündən 43 yaş (!) kiçik bir xanımla – Gülçin Karakaya ilə evləndiyini etiraf edib. Uğradığı silahlı saldırı sonrası illərlə müalicə alan, efirlərdən kənar düşən İrahim Tatlısəsin həyatının qadınlarl bağlı tərəfi heç boş qalmadı. Məlumdur ki, keçirdiyi ağır cərrahi əməliyatlardan sonra özünə gələn İbrahim Tatlısəs hələ tam sağalmamış Ayşəgül Yıldızla evləndi. Bir qız övladları dünyaya gəldi. İndi isə məlum oldu ki, Tatlısəsin incə cinsə incə marağı azalmaq bilmir, əksinə, daha da artır. Bir müddət əvvəl türk mediasında Tatlısəsin gənc xanım Gülçin Karakaya ilə münasibətlərinin olması barədə söz-söhbətlər dolaşanda “İmperator” incik halda “o, mənim yardımçımdır. Sağ qolum çalışır, sol qolum yox. Gülçin mənim sol qolumdur. Varmı, ötəsi?!. “Twitter”imə baxır, instagramıma baxır... Demədikləri qalmadı. Onun da bir ailəsi var. Belə söz-söhbətlər heç xoş deyil”, açıqlamasını vermişdi.  Amma “İbo Show”un ötən buraxılışında Tatlısəs “bomba”nı partlatmaqdan özünü saxlaya  bilməyib. Proqrama qonaq olan Ebru Yaşarın “sən nikahlanmışsın”, deməsi üzərinə İbrahim Tatlısəs bu günədək neçə dəfə evləndiyini sayıb və hazıda 5-ci evliliyini yaşadığını deyib: “Xoşbəxtəm, mən evlyəm, qardaşım, Gülçin mənə çox yaxşı baxır. Mən bu saatdan sonra kimsəyə hesab verəcək durumda deyiləm”. İbrahim Tatlısəslə Gülçin Karakaya arasında 43 yaş fərq var. Tatlısəs 69, Gülçin 26 yaşındadır. Belə-belə işlər. Amma! Birdən bunları oxuyub, kimsə də “varmı ötəsi”, demək istər və başını bəlaya düçar edər, əvvəlcə, düşünün, sonra addım atın. 
Yeri gəlmişkən, İbrahim Tatlısəs bu günə qədər neçə dəfə və kimlərlə evləndi, marağında olanlar üçün: İbrahim Tatlısəs hələ məşhur olmadığı zamanlarda ŞanlıUrfada ilk dəfə evlənib. Ədalət xanım onun ilk və bu günədək də rəsmi nikahda olan yeganə həyat yoldaşıdır. İlk evlilikdən Tatlısəsin 3 övladı var. Sonra qeyri-rəsmi nikahlar gəlir: Perihan Savaş (1 qız övladı), Dərya Tuna (1 oğlu), Ayşəgül Yıldız (1 qızı). Tatlısəsin bir ara eşq macərası yaşadığı İşıl Çıtakdan da 1 qız övladı var. Və hələ ki, sonuncu evliliyi – Gülçin Karakaya. Sonrasını zaman göstərəcək. Hazırda görünən sonuc isə - yarızarafat, yarıgerçək – Tatlısəs Allahın sədlərini aşıb artıq.