Cavad Zərif: “Məni bağışlayın!”

İranın xarici işlər naziri Qasım Süleymaninin ailəsindən üzr istəyib

İranın xarici işlər naziri Cavad Zərif Qüds Qüvvələrinin sabiq komandanı general Qasım Süleymani haqqında dediyi və ölkə siyasətində böyük təpkilərə səbəb olan sözlərinə görə generalın ailəsindən və İran xalqından üzr istəyib.

  Sherg.az türk mediasına istinadən xəbər verir ki, C. Zərif  “sözlərim bəzi kəsimlər tərəfindən siyasi təzyiq vasitəsi  olaraq istifadə edildi. İfadələrimin Süleymanini sevənlər və ailəsini incitdiyinin fərqindəyəm” deyib. Məni suçlayan və iftira atdıqlarına inandığım hər kəsi bağışlayıram.  İran xalqı, Süleymaninin bütün sevənləri və xüsusilə də ailəsindən məni bağışlayacaqlarına ümid edirəm” söyləyən C.Zərif  reportajın yayımlanacağını bilmədiyini, əks təqdirsə Q.Süleymani ilə bağlı hər hansı ifadə işlətməkdən çəkinəcəyini də deyib. Sözügdən reportaj İran hökuməti tərəfindən yayından qaldırılsa da, apreln 25-də İran televiziyasının London mərkəsi reportajı ictimailəşdirib. C.Zərif  həmin reportajda Q.Süleymanini İranın xarici siyasətinə müdaxilədə suçlayıb. Buna görə də mühafizkarların sərt təpkisinə səbəb olub, hətta C.Zərifə  “istefa” çağrısı edilib.