Ermənilər Odumuzun “10 metrliyində” “mövqe” qurur


Ermənistanın silahlı qüvvələri Azərbaycan Silahlı Qüvvələri ilə üzbəüz mövqe qurmağa hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Gorus şəhərinin yaxınlığında yerləşən Nerses Şadunts kənd bələdiyyəsinin rəhbəri bildirib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun srağagün müşahidə məntəqəsinin tikintisinə başlamasından sonra Ermənistan silahlı qüvvələrinin Sünik vilayətində yerləşən korpusu 5-10 metrlik məsafədə öz mövqelərini qurmağa qərar verib.