Dünyaya fəlakət saçan Çin indi festivalın kefini çıxarır

Dünyanı koronavirus bəlasına salan Çinin Vuhan şəhərində “Çiyələk” Musiqi festivalına 10 minlərlə insan qatılıb.  Kommunist Çin rejimi 5 günlük 1 May şənlikləri elan edib.

Bayramın ilk günündə Vuhanda musiqi festivalı təşkil edilib, on minlərlə insan əylənib, musiqi dinləyib rəqs ediblər. Festivala qatılanların əksəriyyətinin maskasız olduğu da diqqətdən qaçmayıb. “Röyter” Agentliyinə açıqlama verən festival rəsmilərindən biri deyib ki, tamaşaçı sayının az olmasına çalışıblar: 11 min seyrçi! CNN Türk-ün xəbərinə görə, son aylar ərzində Çində sadəcə bir neçə yoluxma halı baş verib. Belə vəziyyət xalq arasında virus qorxusunun xeyli azalmasına səbəb olub.  Rəsmi mənbələr Çində bu günə qədər 90 min 686 nəfərin koronavirusa yoluxduğunu, 4 min 636 nəfərin vəfat etdiyini açıqlayıb. Dünyada isə artıq milyonlarla insan koronavirusdan vəfat edib. Dünyaya fəlakət saçan Çin isə indi festivalın kefini çıxarır.