“İnsanlar fikirlərini ifadə etməyə yer tapmırlarsa, deməli...”

Bu gün bütün dünyada Ümumdünya Mətbuat Azadlığı günü kimi qeyd olunur. 1993-cü ildən etibarən ayrı-ayrı ölkələrdə senzuranın yolverilməzliyi, medianın müstəqilliyi gündəmə gətirilir. Böyük mütəffəkkir Məhəmməd Əmin Rəsulzadənin təbirincə desək, o millət və o cəmiyyət azad və xoşbəxtdir ki, onun mətbuatı azad və xoşbəxt olsun.
 “Ayna- Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı Ümumdünya Mətbuat Azadlığı günü barədə “Sherg.az”a danışdı: 
“Azad mətbuatın cəmiyyətin inkişafında müstəsna rolu var. İnsanlar fikirlərini azad ifadə etməyə yer tapmırlarsa, deməli, o cəmiyyət abad deyil. Yox, əksinə, insanlar fikirlərini istədikləri kimi ifadə etməyə yer tapırlarsa, deməli, media azaddır. Və əslində medianın də rolu elə bundan ibarətdir”.