DƏHŞƏT! "Aslan Hüseynovun meyiti tanınmaz haldadır"

Xəbər verdiyimiz kimi, bu gün müğənni Aslan Hüseynov avtomobil qəzasında dünyasını dəyişib.
“Sherg.az” xəbər verir ki, bu haqda “Elgizlə izlə” proqramında da danışılıb. Aparıcı Elgiz Əkbər  mərhumla bağlı bunları söyləyib:
“Bu 6-cı gün bizim verlişdə qonaq olacaqdı. Avtomobil qəzasına düşüb. Meyiti tanınmaz haldadır. Qəza o qədər dəhşətli olub ki... Gəncədən qayıdırmış.  O dedi ki, anamın yeddisindən sonra qayıdacam. Anansına çox bağlı idi. Çox fikirli adam idi. Aslanın qardaşı yoxdur. İki uşağı qaldı. Onların toyunu da görmədi.  Bir həftə içərisində ailədə iki faciə yaşandı”.