Qohumu danışdı: “Cəsədi götürəndə Aslan...” – Qandonduran təfərrüat !

Bu gün avtomobil qəzasında dünyasını dəyişən Aslan Hüseynovun qohumu “Bizimləsən” verlişinə canlı bağlanıb. Özünü mərhumun bacısının yaxını kimi tanıdan xanım olayın təfərrüatlarından bəhs edib.
“Sherg.az” xəbər verir ki, o sənətçinin səhərə yaxın saat 5 radələrində qəzaya düşdüyünü söyləyib:
“Avtomobildə tək olub. Maşın Məhəmməd Vəliyevin adınadır. Ondan etibarnamə ilə satın almışdı. Ona görə hadisədə adı hallanır. İndi nəşini Gəncəyə aparırlar, anasının yanında dəfn olunacaq. Yol polisi tanışımızdan xahiş elədim, o mənə maşının fotosunu, həm də M.Vəliyevin sənədinin kopyasını göndərdi. Dedi ki, orada Aslan adlı şəxs ölməyib, vəfat edənin adı belədir. Qayıtdım ki, necə ola bilər axı Aslanın maşınıdır. Dedi ki, yəqin, Aslan yaralıdır, ölən şoferdir.  Biz də Daxili İşlər Nazirliyinə zəng etdik ki, məlumat öyrənək. Cəsədi götürəndə Aslan olduğunu bilməyiblər, adı qeyd olunmayıb. Müstəntiq araşdırmasından sonra durum anlaşılıb. Günorta saat 12-13 radələrində bildik ki, morqdakı Aslandır. Hamı-bacıları, İbrahim Borçalı, sənət dostları orada idi. Deyilənə görə xəstəxanaya çatdırana qədər dünyasını dəyişib”.