40 günlük köç başladı

"Bəzi köçərilər dəvələrdən də istifadə edir"

Köçərilərin 40 günlük köçü başlayıb. Kameraların yüksəklikdən qeydə alındığı möhtəşəm görüntü heyranedicidir. “Milliiyet.com” xəbər verir ki, Türkiyənin Mərsin Gülnar, Silifke, Mut, Aydıncık və Bozyazı bölgələrinin geniş ərazilərində qış mövsümünü çadırlarda keçirən Sarıkeçili köçərilərinin Konya və Qaramana yolçuluğu başlayıb. Yolçuluq 40 gün davam edəcək.

Köç zamanı bəzi köçərilər dəvələrdən də istifadə edir. Bu, tarixdən günümüzədək gəlib çıxmış ənənədir. Köçərilərin bəziləri çadırlarını, əşyalarını traktor və ya furqonlu avtomobillərə də yükləyirlər. Köçərilər 5-10 kilometr yol gedib, uyğun bir yerdə dayanır, dincəlir, sonra yenidən yola davam edirlər. Sarıkeçili köçərilərindən “Quş Əli” ləqəbiylə tanınan 63 yaşlı Əli Uçar Anadolunun 100 illik ənənəsinə sadiq qalaraq dəvələrlə hərəkət edir. 63 yaşlı köçəri məhz dağda yaşadıqları üçün koronavirus pandemiyasının onlara təsir göstərmədiyini, köçərilər arasında yoluxmaya rast gəlinmədiyini deyib: “Bizim üçün heç bir sıxıntı olmadı. Bozyazıdan yola çıxdıq. Qaraman, Konyaya qədər gedəcəyik”.