İrəvanda Rusiya və Ermənistan XİN başçılarının görüşü başladı

İrəvanda Ermənistan xarici işlər naziri (XİN) vəzifəsini icra edən Ara Ayvazyan və Rusiya XİN başçısı Sergey Lavrovun görüşü başlayıb.

Bu barədə TASS-ın hadisə yerindəki müxbiri xəbər verib.

Ayvazyanla danışıqlardan sonra rusiyalı nazir Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla görüş keçirəcək.

Qeyd edək ki, 10-11 may tarixlərində Lavrov Bakıya işgüzar səfərə gələcək.