Nadir “üsyan” etdi:“Axı biz qoyun deyilik”

“Real” TV-nin baş direktroru, əməkdar jurnalist Mirşahin Ağayev Operativ Qərargahdan tam qapanma olmasını tələb edib.Həmkarımızın açıqlaması sosial şəbəkələrdə müzakirə doğurub. Əksəriyyət karantin rejiminin sərtləşdirilməsinin qəti əleyhinə olduğunu söyləyib.
“Sherg.az” xəbər verir ki, müğənni Nadir Qafarzadə də jurnalistin açıqlamasına münasibət bildirib. Sənətçi İnstaqram hesabında bunları yazıb:
“Mirşahin müəllim, bu xalq yazıqdır. Məncə, yetər artıq. Bir gün gözümüzü açıb görəcəyik ki, ölkədə adam qalmayıb, hamı xaricə köçüb. Axı biz qoyun deyilik. İnsanların insan kimi yaşamağa haqqı var. Allahlıq Allaha məxsusdur. Sizə hörmətimiz var”.

Xatırladaq ki, bu gün  Operativ Qərargahın brifinqi keçirilib. Bildirilib ki, yeganə məhdudiyyət ictimai nəqliyyatda olacaq.