SİQNAL! “Rusiya Azərbaycanı KTMT-yə üzv etməyə çalışır” - FİASKO    

“Tacikistan və Qırğızıstan bu birliyin daxilindədir, amma  bir-birilərinə qarşı müharibə aparır”

“Azərbaycan KTMT və Avrasiya ittifaqına üzv olmamalıdır”

“Türkiyənin Mərkəzi Asiyaya istiqamətlənməsi və Çinin burada təsirini artırması Rusiyanın regionu qarışdırmasına gətirib çıxarır”

“Tacikistan və Qırğızıstan arasında müharibənin başlanması Rusiyanın  KTMT qurumunun fəaliyyətini şübhə altına qoyur”. 
Bu sözləri MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. 
O, “Sherg.az”a açıqlamasında mövcud durumu belə qiymətləndirdi:
 “ Hər iki ölkə həmin qurumun üzvüdür və demək olar ki, Rusiyanın orbitindədir. Hər iki ölkədə  Rusiyanın mövqeləri güclüdür. KTMT üzv olan ölkələrin bir üzvü xarici təcavüzə məruz qaldıqda digərləri müdaxilə etməlidir. Tacikistan və Qırğızıstan bir-birilərinə qarşı müharibə aparır. Bu, təşkilat daxilində birliyin olmamasını və onun ciddi bir qurum olmadığını göstərdi. Rusiya belə bir boş təşkilata Azərbaycanı üzv etməyə çalışır. Göründüyü kimi, Rusiyanın regional layihələrində yer alan ölkələr bu və ya digər şəkildə münaqişədədirlər. Azərbaycan KTMT və Avrasiya ittifaqına üzv olmamalıdır. Çünki üzv ölkələr arasında münaqişənin alovlandırılması məhz Moskvadan idarə edilir. Son aylarda Türkiyənin Mərkəzi Asiyaya istiqamətlənməsi və Çinin burada təsirini artırması Rusiyanin regionu qarışdırmasına gətirib çıxarır”.