Ermənistanda ordusunda general “ovu”: “Zəngəzur dəhlizinə sabotaj...”

“Ona görə də Paşinyan bu generalları ordudan “təmizləməklə” qarşısında olan maneləri aradan qaldıracaq”

“Beləliklə, həmçinin Rusiyanın orduda mövqeyini  zəiflədəcək” 


“Ermənistanda siyasi-hərbi vəziyyət növbəti dəfə gərgin mərhələyə keçir. Baş nazir Nikol Paşinyan onun istefasını tələb edən generallara qarşı cinayət işi açdıraraq ordudan xaric edib, həbs etdirməyi planlayır.  Sabiq Baş qərargah rəisi Onik Qasparyanı istefaya göndərdikdən sonra, onunla birgə istefa bəyannaməsinə imza atan generallara “dəyməyəcəyini” yeni Baş qərargah rəisi Artak Davityan vasitəsilə onların nəzərlərinə çatdırmışdı. Təbii ki, bu, Paşinyanın manevri idi”.- Bu sözləri MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. 
 Məsələ barədə “Sherg.az”a danışan analitikin sözlərinə görə, Ermənistan silahlı qüvvələrində “islahatlar” davam edəcək: 

“Demək olar ki, ordu korpus komandirləri Paşinyanın  istefasını tələb edən imzaya malikdirlər. Paşinyan prosesləri nəzarətə aldıqdan sonra onları orduda saxlamağı özünün hakimiyyətinə qarşı təhlükə hesab edir. Paşinyanın istefasını tələb edən və orduda əsas vəzifələrdə olan bu generallar Rusiyaya və Köçaryana bağlı şəxslərdirlər.  Ona görə də onları zərərləşdirmək Paşinyanın strateji planındadır. Onları orduda saxlamaq Köçəryan və Rusiyanın generallarını saxlamaq deməkdir. Həmin zabitlərin orduda qalması Paşinyanın islahatarına mane olacaq. Generallar  xüsusilə Azərbaycanla əlaqələrin normallaşdırılmasına və Zəngəzur dəhlizinin açılmasını sabotaj edəcəklər. Ona görə də Paşinyan bu generalları ordudan “təmizləməklə” qarşısında olan maneləri aradan qaldıracaq.  Beləliklə, həmçinin Rusiyanın orduda mövqeyini  zəiflədəcək”. 

 M. Əsədullazadə, həmçinin bildirdi ki, orduda atılacaq addımlar mövcud iqtidar üçün çox əhəmiyyətlidir: 

“Paşinyan generalları ordudan uzaqlaşdırmaqla özünün hakimiyyətini gücləndirəcək. Birinci, ona qarşı çıxan genaralları çıxarmaqla hərbi çevriliş cəhdinin təkararlanmasının qarşını alır. İkinci, Rusiya və “Qarabağ klanı”nın ordu ilə əlaqəsini kəsir. Üçüncü, orduda revanşizmin qarşısını alır və silahlı qüvvələri yenidən komplektləşdirir. Dördüncü, Azərbaycanla normallaşma əlaqələrinə və Zəngəzur dəhlizinə maneəni aradan qaldırır. Zəngilan istiqamətində Azərbaycana qarşı atəş həyata keçirən məhz Rusiyaya bağlı bu generallardır.  Əgər Paşinyan onun istefasını tələb edən generalları ordudan uzaqlaşdırmasa, hakimiyyətinə və aparacağı islahatlara təhlükə qalacaq. Ona görə də Baş Qərargah rəisininin birinci müavinindən başlayaraq  prosesə start verib. Növbə digər generallara çatacaq”.