Rəqsanəyə “tərs şillə”: “Hamı aydan arı, sudan duru olub”

“Mən jurnalistləri qınamıram. Onlara da reytinq lazımdır. Tanınmış insanlar telefon qarşısında bir-birilərini qırırsa, ayıblarını açırlarsa, jurnalist  nə etsin?”
“Sherg.az” xəbər verir ki, bu sözləri  “Xəbər-ətər” verlişində əməkdar artist Nigar Şabanova deyib. O ad çəkməsə də qalmaqalla gündəmdə olan həmkarlarına, xüsusilə də müğənni Rəqsanə İsmayılovaya irad bildirib:

“Sosial şəbəkələrə fikrin dağılsın deyə girirsən, pozitiv enerji almaq istəyirsən. Çünki pandemiya dövrüdür, hərənin bir problemi var. Ürəkaçan nə isə yoxdur. Sosial  şəbəkədə də görürsən ki, hamı bir-birini qırır. Nə üçün? İş orasındadır ki pulu olanlar dalaşır. Sənət adamlarıyıq. Təəssüf ki, öz adımızı qalmaqallı, pis çıxarmışıq.

Özü də qadınlar mübahisə edir, onların  yaşlarına, dünəninə baxırsan. İndi isə hamı aydan arı, sudan duru olub. Düşünürsən ki, niyə belə edirlər? Nəyə görə bir-birinizi gözdən salırsınız?

Kiminsə nəyindənsə bəhs edirlər, telefon qabağında kişi-kişi danışırlar. Dünənlərini yaddan çıxarıb, bu gün təmiz söhbət edirlər. Fikirləşirlər ki, hamı elə biləcək ki, o superdir, ondan yoxdur.  Hamı bir-birinə ağıl öyrətməyə çalışır. Baxırsan ki, müəyyən yaşı, keşməkeşli həyat yolu var”.