Lavrovun Bakı səfərinin kodları:“Terrorçuların qaytarılması ana xətdir”

Ermənistanda səfərdə olan Rusiya Xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ara Ayvazyanla görüşüb. “TASS”ın məlumatına görə, görüş İrəvanın mərkəzindəki Xarici İşlər Nazirliyi binasında keçirilib.
Qeyd edək ki, Lavrov 10-11 may tarixlərində Bakıya işgüzar səfər edəcək. Bu baxımdan hazırda rusiyalı nazirin ölkəmizə hansı məqsədlə gəlməsi davamlı müzakirə mövzusudur.

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli “Sherg.az”a bildirib ki, Ayvazyan Lavrovun Bakıya səfərinin kodlarını açıb. Bu, bütün erməni əsirlərinin qaytarılmasını təmin etməkdir:

“Ayvazyan hesab edir ki, Lavrov gəlib Azərbaycandan bütün erməni “əsirlərin” qaytarılmasını istəyəcək. O, hətta belə düşünür ki, Azərbaycan-Rusiya münasibətlərində “əsirlərin” qaytarılması qırımızı xətdir. Düşünürlər ki, müttəfiqləri olan Rusiya bu işləri həyata keçirməlidir. Bundan sonrakı dönəmdə də Azərbaycanın işğaldan azad etdiyi bölgələrə ermənilərin geri qaytarılmasına dair məsələlər müzakirəyə çıxarmalıdır. Digər məsələ humanitar yardımın göstərilməsi ilə əlaqədardır. Yəni ermənilər konkret olaraq humanitar fəlakət içindədir. Təbii ki, bu ermənilərin baxışıdır. Amma doğrudanmı Lavrov məhz bu məsələlərə görə gəlir? Erməni düşüncəsində terrorçuların geri qaytarılması mövzusu yer tuta bilər. Amma Azərbaycanın Lavrovla bağlı tamamilə fərqli düşüncələri var. Azərbaycan Prezident səviyyəsində “İskəndər -M”, kommunikasiya məsələsi və Qarabağın taleyi ilə bağlı iddiaları bəyan edib.

Türkiyə Prezidentinin səfəri də gözləniləndir.

Bölgədə bu cür proseslər gedir. Azərbaycan Prezidenti sonuncu çıxışında xüsusilə erməni tərəfini hər zamankı ritorikanı davam etdirəcəklərsə, növbəti  dəfə mühüm ruhla qarşılaşacaqlarını qeyd etdi. Bu kimi ciddi məsələlər olduğundan Lavrovun Bakıya səfərinin konturlarına baxmaq mümkündür”.