Deputat Röyanın adını çəkdi:...Mahnıları da yaxşıdır”

Daim deputatlardan cəmiyyətlə əlaqəli mövzularda, yaxud da siyasi məsələlərdə danışmaqlarını istəmişik. Bu dəfə isə  özlərindən bəhs etmələri üçün bir neçə millət vəkili ilə əlaqə saxladıq. Soruşduq ki, ən çox dinlədiyiniz və sevdiyiniz müğənni, yaxud da xanəndə kimdir? Hansı janrda mahnıları bəyənirsiniz?
Həmsöhbətlərimizdən biri də millət vəkili Cavid Osmanovdur. Deputat “Sherg.az”a deyib ki, ən çox Arif Babayevi dinləyir:
“Ən çox o xoşuma gəlir. Bundan başqa,  Röyanın mahnıları da yaxşıdır. Ona da qulaq asıram”.