1 avroya 3 ev aldı


Həqiqəti öyrəndikdə isə şok oldu


İtaliya tərk edilmiş, çox az sayda əhali yaşayan bölgələrdəki baxımsız evləri bir ildir ki, satışa çıxarır. Qiymət çox ucuzdur – 1 avro! İtaliyada son illərdə bu səpkili ev alqı-satqısı geniş yayılıb. Yerli bələdiyyələr Bizans dövründən qalma memarlığa sahib evlərin baxımsız, kimsəsiz qalmasını görür və tarixi məkanlara həyatın yenidən qayıtması üçün bu cür cazibəli üsullara əl atır, alıcılara ilkin ödənişsiz evlər təklif edirlər. Bu evlərin sakinləri ya artıq həyatda yoxdur, ya da sahibləri onları tərk edib başqa yerlərə köçüb.    

İş qadını olan Rubia Daniyels də 2019-cu ildə İtaliyanın Mussmeli və Siciliya əyalətlərində 1 avroya ev almış ilk alıcılardan biridir. Qadın əvvəlcə özü üçün ev alıb, sonra da 3 övladı üçün ayrı-ayrılıqda ev alıb. Lakin evlərin sənədləşmə prosesində gözləmədiyi qaydalarla qarşılaşıb. “Şərq” “Hürriyət”ə istinadən xəbər verir ki, iş qadını ev alqı-satqısında qarşılaşdıqlarını “Daily Mail”ə danışıb:

“Əvvəla, elə bilməyin ki, ev üçün 1 avro ödəməklə iş bitmiş olacaq. Mussomelidə ev almısınızsa, 13 il ərzində onu təmir etməli, yeniləməli və ya 5 min avro depozit ödəməlisiniz. Əgər 13 il ərzində evlər təmir edilməzsə, depozitlə vidalaşacaqsınız. Təmir qiymətləri kvadrat metr üçün 100 avro ilə 700 avro arasında dəyişir. Evlərin ölçüsü 11-lə 190 kvadrat metr aralığındadır.

R.Daniyels indiyədək evə lazım olan materiallar üçün 12 min dollar xərcləyib və bu işin ona ümumilikdə 20 min dollara başa gələcəyini təxmin edir. Evin yenidənqurma xərcləri hətta 133 min avroyadək çıxa bilər. Mussomelidə alıcının evin iç hissəsinə istədiyi dəyişiklik etmək izni verilir, lakin çöl tərəfdən ev olduğu kimi saxlanmalıdır”.

R.Daniyels yerli təmir şirkətlərinin yeni alıcılara ürəklə yardım etdiyini, hər şeyi dəqiq ölçüb-biçdiklərini deyib: “Plan təqdim edirsən, sənə çox yaxşı təkliflər verir, rəhbərlik edirlər.

Təmir işləri üçün artıq xərc çıxmasın deyə, özləri evə gəlib hər şeyi ölçürlər. R.Daniyels pandemiyanın işlərini axsatdığını da deyib, lakin qeyd edib ki, artıq 20 nəfərə mülk satın almaqda yardım edib. Sadəcə, bölgələrdə ev satınalmalarda qaydalar dəyişə bilir. Alıcılar buna diqqət etsinlər.