"Hər zaman öncə mən sevilmişəm"

Tanınmış aktrisa Pərvin Abıyeva İnstaqramda izləyicilərinin suallarını cavablandırıb. O həyatından və sənətindən yazıb.
“Sherg.az” Pərvinə ünvanlanan sualları və onun cavablarını təqdim edir:
-Heyif ətrafınızdakı insanlar qədrinizi bilmir. Bilib-bilmədən danışırlar. Amma siz güclüsünüz.
-Artıq hər şeyə gülüb keçməyi öyrənmişəm.Bilməmələri daha yaxşı imiş. 
-Geyimlərinizi haradan alırsınız?
-Hər yerdən geyinə bilərəm.Qiyməti və brendi önəmli deyil. Əsas odur ki, çox bəyənim və mənə yaraşsın. 
-Gözlərinizdəki kədərin səbəbi nədir?
-Onlar nələr görmədi ki...
-Rəfiqəniz sizə xəyanət edibmi? 
-Siz onları, onlar sizi günahlandırır. Əsas onların səhvini təkrarılamayın, haqqınızda danışdıqlarına məhəl qoymayın. Siz irəliyə baxın. İstər rəfiqə, istər dost, istərsə də sevgili olsun, fərqi yoxdur. Hər şeyə hazırlıqlı olun.Mən baş verənləri tez qəbul edə bilirəm və bununla yaşamağı öyrənirəm.
-Məqsədinizə çatmaq üçün itirdiklərinizə peşman olmusunuzmu?
-Qazandıqlarımız və itirdiklərimiz bizim təcrübələrimizdir. Ona peşman olmaq zəiflikdir.
-Fərz edin ki, biriniz sevirsiniz, o isə sizə qarşı belə hiss etmir. Onu gözləyərdiniz, yoxsa həyatınıza davam edərdiniz?
-Elə bir hadisə başıma gəlməyib. Hər zaman öncə mən sevilmişəm. Məni sevməyəni sevə bilmərəm. Bu üzdən də fərz etmək istəmirəm.
-Bu vaxta qədər ən yüksək sürətiniz neçə olub və nə qədər cərimələnmisiniz?
-340 idi. Görsələr, yəqin ki, cərimələməklə qalmazdılar.