Şəhid ailələri və Qarabağ qaziləri vaksinasiya edildi - FOTO

Bu gün Vətən müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin Baş ofisində Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB-in dəstəyi və Vətən müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə COVID-19 koronavirus infeksiyasından qorunmaq məqsədi ilə Birliyin üzvü olan bir çox şəhid ailəsi və qazilərinin vaksinasiyası həyata keçirilib.

Vətən müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin İcraçı direktoru Zamin Zeynal mətbuata açıqlamasında bildirib ki, İctimai Birliyin TƏBİB-lə birgə bu cür tibbi əhəmiyyətli təşəbbüsü həyata keçirməkdə əsas məqsədi Ali Baş Komandan İlham Əliyevin COVID-19-la mübarizə sahəsində həyata keçirdiyi tapşırıq və tövsiyyələrinə uyğun olaraq belə bir zamanda ictimai təşəbbüs göstərilməsini vacib hesab edərək vətəndaş cəmiyyəti töhvəsi verməkdir.

İcraçı direktor onu da qeyd edib ki, İctimai Birliyin peşəkar idarə heyəti bütün fəaliyyət istiqamətlərində çalışaraq daima şəhid ailələri və qazilərə maddi və mənəvi dəstək olmaqla yanaşı onların sağlamlığını da ən yüksək səviyyədə düşünürlər.