Ayı qadını parçalayıb yedi

ABŞ-ın Kolorado əyalətində baş verən hadisə hər kəsin qanını dondurub.

“Sherg.az” türk mediasına istinadən bildirir ki, itlərini gəzintiyə çıxaran qadını ayı parçalayaraq yeyib.

39 yaşlı Laney Ann adlı qadının sevgilisi onun uzun müddət evə dönməməsindən şübhələnib. Aidiyyəti orqanlar axtarışa başlayarkən “Kolorado Parkı və Vəhşi Yaşam” adlı heyvan parkının yaxınlığında ayı olduğunu görüblər. Ayının yaxınlığında müvafiq ət qalıqları da olub.

Beləliklə, parkın  səlahiyyətli şəxsləri araşdırma üçün ayını yatızdırıblar. Daha sonra heyvanın mədəsindən insan qalıqları tapılıb.