Naibə Allahverdiyeva hönkürüb ağladı:"Dözmək olmur..."

Tanınmış aktrisa, xalq artisti Naibə Allahverdiyeva son zamanlar ard-arda gələn acı xəbərlər haqda danışıb. O sənət dostlarının itkisindən ağlayaraq bəhs edib.
“Sherg.az”ın məlumatına görə, aktrisa həmin kadrları İnstaqram səhifəsində paylaşıb. N.Allahverdiyeva sözügedən videoda bunları söyləyib:
“Bilmirəm, nə deyim. Sadəcə şokdayam. Bu qədər itki, belə dərd olmaz! Hər gün bir acı xəbər eşidirik. Hər gün bir sənət dostumuzu itiririk.  Sanki bizə göz dəydi, tarixi qələbəmiz çoxlarını kor etdi. Millətimizə qırğın düşüb. Ən gözəl, ən istedadlı insanlarımız çıxıb gedir. Dözmək olmur, çox çətindir. Əziz sənət dostlarım, özünüzü qoruyun”.