Azərbaycan Türkiyədən 117,3 milyon dollara silah aldı


"2021-ci ilin yanvar-aprel aylarının nəticələrinə görə Azərbaycan türk silahlarının satın alınmasında ikinci yeri tutub".
Bu barədə "Sherg.az"a Beynəlxalq məsəllər üzrə ekspert Əziz Əlibəyli bildirib. O qeyd edib ki, yanvar-aprel aylarında Türkiyədən müdafiə və aviasiya məhsullarının ixracatı əvvəlki ilin eyni dövrünə nisbətən% 47,7 artaraq - 949,744 milyon dollara çatıb. Əsas alıcı isə 2021-ci ilin yanvar-aprel aylarında ABŞ olub - 386.113 milyon dollar (artım% 56):

"Yəni müvafiq dövrdə  Azərbaycan Türkiyədən 117,315 milyon dollara hərbi məhsul alıb ki, bu da bir il əvvələ nisbətən 13,3 dəfə çoxdur.

Məlumatın şərhi çox maraqlıdır:
Birincisi,Qarabağ  müharibəsi metal - tank dövrünü rəsmən bitirib.
İkincisi, 2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycan rus silahlarından imtina edərək, Türkiyə, İsral və digər bazarlara yönəldi.
Üçüncüsü, Beşinci nəsil savaş silahları dövrü -  PUA, robot əsgərlər, radiasiya stansiyaları, izləmə  və s. modern texnologiyalarla müharibələrin gedişinin dəyişdiyi və gələcəyə də məhz bu prizmadan baxmaq lazım olduğunu görürük.
Dördüncüsü,Məğlubiyyətdən sonra İrəvan sürətlə ordunun müasir texnologiya ilə təchizatına üstünıük verməyə çalışacaqdır ki, həmişə bir addım öndə olmağa sadəcə məcburuq.
Beşincisi, Alınan məhsulların xarakteri göstərir ki, müasir müharibələrin taleyini yer yox, səmada hömranlıq həll edir.
Altıncısı, Böyük həddə ciddi artım isə onu ehtiva edir ki, Azərbaycan düşmənə (konkret İrəvan deməyə bilərik) ciddi yanaşır, münaqişələri sürətlə həll etməyi düşünür, canlı itki verməməyi hesablayır".