İnsanlıq ölüb! - Yıxılan əlilə kömək etmədilər



Yolun ortasında əlil arabasından yıxılan adam yardım gözləsə də, kimsə ona yaxınlaşmayıb.  Fiziki qüsurlu şəxs yıxıldığı yerdə qalıb, nə qədər çalışsa da təkərli arabaya əyləşə bilməyib. Avtomobillər yanından ötüb keçib, bir nəfər də maşından düşüb adama yardım etməyib. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında İstanbulun  Beşiktaş sahil yolunda yaşanıb. Çarəsiz qalan adamın yerdə çabalaması “demək ki, insanlıq ölüb artıq!” qənaətini yaratdığı zamanda bir  motosikletçi ona yaxınlaşıb və qalxıb təkərli arabaya əyləşməsinə yardım edib. Motosikletçinin kaskasındakı kameraya ətrafda xeyli adamın olduğu, lakin onların da əlil şəxsə yaxınlaşmadığını görüntülənib. Bu gənc isə əlil şəxsdən 150 metr məsafədə olmasına baxmayaraq onun yardımına gəlib.

Əlil şəxsə yardım edən 26 yaşlı Buğra Redkan həmin vaxt sahildə gəzirmş. Əlil arabasından yıxıan adamı uzaqdan görüb. Buğra Redkan həmin anları anladaraq “mən onun yıxıldığını gördüm. Aramızda 150 metrədək məsafə olardı. Ətrafda adamlar vardı. Düşündüm ki, insanlar yardım edəcək, motosikletə minib Sultanqaziyə tərəf gedirdim ki, adamın hələ də yerdə çabaladığını gördüm. Motosikleti yol kənarında park edib ona qaçdım. Təxminən 50 metr qaçdım. Onu yerdən qaldırdım. Əzilib-əzimədiyini soruşdum. Yaxşı olduğunu söylədi. Sonra da tələsik arabanı sürüb getdi. Bəlkə də düşdüyü vəziyyətədn xəcalət çəkirdi. Amma xəcalət çəkməli o deyildi, ona yardım etməyənlər, kınarda dayanıb seyr edənlər, işıqforun qırmızı işığında dayanıb yerdə çabalayan adama tamaşa edən sürücülər xəcalət çəkməlidir. Mən yardım etdikdən sonra ətrafdakılar “heç kim yardım etmir” deməyə başladılar. Halbiki özləri də adama heç bir şəkildə yardım etməmişdilər. Çox acınacaqlı bir haldı, çox üzüldüm” deyib.