Rusiya- ABŞ gərginliyi:"Kremldən savadsız açıqlamalar…”

Krım parlamentinin xalq diplomatiyası və millətlərarası münasibətlər komitəsinin rəhbəri Yuri Gempel RİA Novosti-yə verdiyi açıqlamasında ABŞ-la münasibətlərdən danışıb. Bu barədə “Sherg.az” yerli KİV-ə istinadən xəbər verir. Bildirilir ki, ABŞ Dövlət Departamentinin Krımla bağlı bəyanatı Rusiyanın işlərinə müdaxilə və qanuni ərazilərinə təcavüz kimi qiymətləndirilib.
"ABŞ  Rusiyanın tarixi ərazisi olan Krımın Ukraynanın nəzarəti altına qaytarılması ilə bağlı axmaq və savadsız açıqlamalar verməyə davam edir. Dünyadakı hər kəs yarımadanın Rusiyaya aid olduğunu və səhvən Ukraynanın bir hissəsi kimi tanındığını yaxşı bilir. Əgər ABŞ tarixi ədalətin bərpasına bu qədər can yandırırsa, bütün dünyaya bir nümunə göstərə və Şimali Amerikadakı - Alyaskadakı tarixi mülklərini Rusiyaya qaytara bilər”.- deyə, açıqlamada vurğulanıb.