İrəvanda qanlı münaqişə: Ölən və yaralananlar var


İrəvanda şənbə günü səhər tezdən baş verən atışma nəticəsində ölən və yaralanan var.

Bu barədə Shamshyan.com kriminal xəbər saytı məlumat verir.

Hadisə yerində bir nəfərin meyiti ilə yanaşı qan izləri, habelə avtomat və tapança güllələrinin çox sayda gilizi, “Mercedes Տ 500” markalı avtomobil və avtomobilin içərisində dəyənək tapılıb.

Hüquq mühafizə orqanlarından verilən məlumata görə, hadisə zamanı daha bir nəfər yaralanıb. O, xəstəxanaya yerləşdirilib.

Baş verənlərlə bağlı cinayət işi başlanıb.