6 ay əvvəl yoxa çıxan qadın meşədə tapıldı

ABŞ-ın Utah əyalətində 6 ay əvvəl meşədə itən qadın keçən həftə sonu sağ tapılıb. Adı səlahiyyətlilər tərəfindən çəkilməyən 47 yaşlı qadın bu müddət ərzində çadırda yaşayıb, topladığı ot və yosunu yeyərək həyatda qalmağa çalışıb.
“Sherg.az” “Ntv.com”a istinadən xəbər verir ki, qadın sonuncu dəfə 25 noyabrda görülüb.
Meşədə yaşayan qadının kifayət qədər arıqladığı deyilir. Polis məmurlarının fikrincə, çox güman ki, meşədə yaşamaq qadının öz seçimi olub.