Xalq artisti Musa Yaqubdan yazdı:"Səsimə qoşduğunuz şeir..."

Dünən ədəbiyyatımıza ağır itki üz verdi. Xalq şairi Musa Yaqub dünyasını dəyişdi. Qeyd edək ki, şair uzun müddətdir Parkinson xəstəliyindən əziyyət çəkirdi. Ötən gün 84 yaşında gözlərini əbədiyyən yumdu. Bu acı xəbər hər kəsi üzdü. Axı yaxşı şairlərin yaşları nə qədər çox olsa da, gedişləri ürəklərə "od salır". Xalq artisti Flora Kərimova da məlum vəfat xəbərindən sarsılıb. 
"Sherg.az"ın məlumatına görə, o İnstaqram profilində üzüntüsünü belə dilə gətirib:
"Hər sətrindən Azərbaycan ətri gələn Musa Yaqub. Səsimə qoşduğunuz şeir ömür boyu bəxşişim oldu. Eynilə taleyin qisməti sizi bu torpağa bəxş etdiyi kimi. Allah sizə rəhmət eləsin"