Röya Aygünlə duet oxumaq istəyir - Buzlar əriyir?

Xalq artisti Aygün Kazımova "Onda görüşək" verlişində qonaq olarkən həmkarı Röya Ayxan haqqında danışıb. 
"Sherg.az" xəbər verir ki, o Röya ilə münasibətlərindəki buzların əriməsindən bəhs edib:
"Ailədə, kollektivdə mehribanlıq varsa, ruzi-bərəkət də olur. Tamam başqa aura yaranır. Lakin neqativ düşünəndə, eləcə də mənfi enerji ötürürsən. Son vaxtlar Röya ilə münasibətimizin yaxşılaşması gözəldir".
 Bu zaman aparıcı Samir Bayramlı Röyanın A.Kazımova ilə duet oxumaq istəyindən söz açıb. O deyib ki, hətta müğənni mahnını da seçib. A.Kazımova isə aparıcıya belə cavab verib:
 "Onun zövqünə güvənirəm. Gözəl musiqi zövq var. İnanıram ki, yaxşı bir mahnı olacaq. Mən hər zaman hazıram".