Elçibəy bu musiqi alətində elə gözəl ifa edirmiş ki... 

Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyi daim Vətəninə, millətinə xidmət edən, ömrünün bahar çağlarını xalq üçün qurban verən bir adam kimi tanımışıq. Bir də Bəyin çiyinlərinə götürdüyü bu missiyalardan başqa vaxt tapdıqca yaşadığı özəl həyatı var. Məsələn, onun hansısa musiqi alətində ifa etməyi bacardığını bilirdinizmi? 

Bəli, Elçibəyin belə qabiliyyətləri də var imiş. 

"Sherg.az" xəbər verir ki, o bu barədə 1992-ci ildə "Həyat" dərgisinə danışıb.

Söhbət əsnasında jurnalist Bəyə "Barmaqlarınız musiqiçi barmaqlarına oxşayır. Yoxsa, hansısa musiqi alətində çalırsınız?" sualını ünvanlayıb. Elçibəy isə cavabı ilə təəccübləndirib:

"Bir az. Tarda. Özümü pianoda da sınağa çəkdim, amma gördüm ki məndən pianoçu çıxmaz".