Njdenin Qarabağdakı heykəli sökülsün: “Zəngəzurda talanlar...” 

Moskva vilayətinin Dolqoprudnıy şəhərinin Müharibə, əmək, silahlı qüvvələr və hüquq-mühafizə orqanları veteranları ictimai təşkilatının sədri Vladimir Drozdov APA-nın Moskva müxbirinə müsahibə verib. O, müsahibəsində bildirib ki, Postsovet məkanında Qaregin Njdenin heykəli, memorialı, onun adını əbədiləşdirən heç nə olmamalıdır.

 Veteran Rusiya veteranlarının faşistlərin qəhrəmanlaşdırılmasına mənfi yanaşdıqlarını söyləyib: “Biz buna olduqca mənfi yanaşırıq. Bizim veteranlar təşkilatı bu hadisədən xəbər tutan kimi qərara gəldik ki, müvafiq strukturlara müraciət edək. Çünki faşizmin, nasizmin hər cür təzahürü yolverilməzdir. Təəssüflər olsun ki, biz Ermənistanda bunu görürük. Nasizm heç bir halda, heç bir formada baş qaldıra bilməz. Əgər bu baş versə, biz yenidən ötən əsrin 30-40-cı illərindəki hadisələrin yenidən təkrarlanmasının şahidi olacağıq. Tarix bizə belə səhvləri heç vaxt bağışlamaz. Ona görə də qərara gəldik ki, Qarabağda Njdenin abidəsinin sökülməsi ilə bağlı çağırış edək. Postsovet məkanında Njdenin heykəli, memorialı, onu əbədiləşdirən heç nə olmamalıdır. Ancaq bu yolla biz post sovet məkanında sülhü möhkəmləndirə bilərik”.

Tanınmış araşdırmaçı-publisisti, Hərb tarixçisi Şəmistan Nəzərli də “Sherg.az”a açıqlamasında analoji fikirləri səsləndirdi:

“Əlbəttə, Qarabağda Njdenin heykəlinin olması yolverilməzdir. O, bu xalqın düşmənidir. Nijde Andraniklə birlikdə Zəngəzurda talanlar törədib, 60-dan çox kəndi dağıdıb. Odur ki, heykəli təcili sökülməlidir. Bizim Elmlər Akademiyasının Tarix İnstitutu da bu məsələyə münasibət bildirməlidir. Njdenin heykəlinin Qarabağda olması böyük səhvdir”.