Camenin divarlarını “əl içi” ilə doldurdu, polis də yaxaladı

 Antalyanın Muratpaşa bölgəsindəki Güvənlik Məhəlləsində bir came bağçasında könüllü təmizlik işləri görən Kamal Duran polis tərəfindən saxlanılıb.
Sherg.az “Milliyet.com”a istinadın xəbər verir ki, buna səbəb K.Duranın camenin divarını ağ boya ilə başdan-başa əl içi rəsmi ilə doldurmasıdır. Camenin imamı buna qarşı çıxıb və ondan bunu etməməsini istəyib.
K.Duarn isə imamın xəbərdarlığına məhəl qoymayıb və məhəllənin bir neçə uşağını da yanına çağıraraq divarları əl içi rəsmi ilə boyamağa başlayıb. Ertəsi gün cameyə gələn imam bütün divarın başdan-başa əl içi rəsmi ilə dolu olduğunu, üstəlik ayaqyolunun divarına da “Salamun aleykum” yazıldığını görüb. Bunu görən imam Ümmət Akbaş polisə şikayət edib və K.Duran polis şöbəsinə aparılıb.