Əslən Pakistandan olan siyasətçi ikinci dəfə London meri seçilib

Britaniyanın müxalifətdə olan Leyboristlər Partiyasının nümayəndəsi, Pakistan əsilli Sadik Xan yenidən London meri vəzifəsinə seçilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bununla bağlı nəticələr son seçici səslərinin hesablanmasına əsasən elan edilib.

Xan ikinci turda 55,2% səs toplayaraq, öz vəzifəsini qoruya bilib. Mühafizəkarlar Partiyasının nümayəndəsi Şon Beylini isə seçicilərin 44,8%-i dəstəkləyib.

Qeyd edək ki, 2016-cı ildə Xan Avropa ölkələri paytaxtının meriyasının başçısı vəzifəsinə seçilən ilk müsəlman olub. Seçkilər hələ ötən ilin mayında keçirilməli idi, amma pandemiyaya görə 1 il müddətinə təxirə salınıb.