"İşıq və qaz pulunu ödəyə bilmirəm" - Didem Kınalı


Türkiyəli məşhur rəqqasə Didem Kınalı çətin vəziyyətdə olduğunu açıqlayıb.
Axşam.az xəbər verir ki, Cihangir səmtində görüntülənən rəqqasə pandemiya səbəbi ilə işləyə bilmədiyini və maddi sıxıntı çəkdiyini bildirib:

“Bir ildir ki, kirayə, işıq və qaz pulunu ödəyə bilmirəm. Bəzi qurumlardan yardım da istəmişəm, hələ ki, cavab yoxdur. Menecerim kömək edib. Rəqs məktəbi açmışdım, o da bağlandı”.