Kurioz! Polis 18 il idi axtarırdı, “TikTok”da tapıldı


ABŞ polisi “TikTok” şəbəkəsində yayılan videoda 2003-cü ildə itkin düşmüş qızı görüb.

Bu barədə “Daily Star” məlumat yayıb.

Məlumata əsasən, xanımın görünüşü 18 il öncə itkin düşmüş Sofiya Xuaresə çox bənzəyir.

Videodakı müsahibəsində xanım bildirib ki, ad günü barədə danışmağı xoşlamır:

“Ad günümlə bağlı bir çox suallarım var və bu barədə fikirlərim hər dəfə dalana dirənir. Məni oğurlayıblar. Bəlkə İtaliyadan, bəlkə də Yaponiyadan. Ümid edirəm ki, məni tanıyacaq və arxamca gələcəklər”, - deyə naməlum qız meksikalı jurnalist Oskar Zazuetaya bildirib.

Qeyd olunub ki, Sofiya Xuares 2003-cü ildə 5 yaşında ikən Vaşinqton ştatında oğurlanıb.