DSX-nin həbs edilən vəzifəli şəxsləri azadlığa buraxıldı - FOTO


Ötən ilin may ayında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxsləri azadlığa buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Bakı Hərbi Məhkəməsində keçirilən sonuncu məhkəmə iclasında qərar verilib.

Həbs edilən Sahil Mühafizəsinin vəzifəli şəxslərə - polkovnik Nemət Pənahov, polkovnik-leytenant Elçin Vəliyev, polkovnik Samiq Əzizov, polkovnik-leytenant Sakit Muradov, mayor Müzəffər Namazova şərti cəza verilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.