Polis kafeyə basqın etdi və şoka düşdü:“…Səni də masaj edərəm”

Türkiyədə polislərin karantin qaydalarına əməl edilməsi ilə bağlı tədbirləri davam edir. “Sherg.az” “Haberglobal”a istinadən xəbər verir ki, bir neçə gün əvvəl İstanbulda fəaliyyət göstərən bir kafe aşkarlanıb. Müştərilər qaçmağa çalışsalar da, buna icazə verilməyib və hər biri cərimələnib. 
 Təəccüblü məqam isə kafenin ortasında pərdələrlə örtülmüş sahə olub.
Pərdəni çəkən polislər gördükləri mənzərə qarşısında sözün əsl mənasında şok olublar. Özünü fizioterapevt kimi təqdim edən şəxs müştəriləri masaj etdiyini deyib. Polislərin “Bura kafedir, sənin burda nə işin var?” sualına cavab isə hər kəsi heyrətləndirib: “Kafe sahibinin beli ağrıyırdı, ona görə gəldim. Sən ağrısan, səni də masaj edərəm. Bütün alətlərim burdadır, mənim kafe ilə əlaqəm yoxdur”.